Şagirdlər iyuladək keçirilən imtahanlara çağırıla bilər

 13:31 20.06.2020     1040

"Bədən hərarəti yüksək olduğu üçün buraxılış imtahanına buraxılmayan şagirdlər arasında sağlamlıq vəziyyəti normal olanları iyuladək keçirilən imtahanlara dəvət edə bilərik".

Redaktor.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə, həmin abituriyentlərin sağlamlığı daha vacibdir: “Onların hər biri sağaldıqca imtahanların keçirilməsi mümkün deyil. Amma sağlamlıq vəziyyəti normal olan uşaqları iyuladək keçirilən buraxılış imtahanlarına dəvət edə bilərik".