Balakəndə dilin saflığının qorunmasına yönələn LAYİHƏ

 14:12 02.08.2020     1032

Balakən Gənclərin İnkişaf və Karyera Mərkəzinin könüllüləri Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü münasibətilə “Orfoqrafiyamızı qoruyaq!” adlı maraqlı layihə həyata keçiriblər.

Redaktor.az xəbər verir ki, mərkəzin direktoru Şahin Qarakişiyev  bildirib ki, layihə çərçivəsində gənclər rayon ərazisində yerləşən obyekt və mağazaların qarşısına vurulmuş orfoqrafik səhvlər olan elanların mətnlərinə düzəlişlər edərək yenisi ilə əvəzləyiblər.

Layihənin əsas məqsədi vətəndaşların diqqətini ana dilimizin saflığının və zənginliyinn qorunmasına yönəltməkdir.

Layihə rayon sakinləri tərəfindən maraqla qarşılanıb. //Azərtac