Bu İnstitutun tələbələrinə pulsuz yemək və geyim veriləcək

 16:52 04.09.2020     520

Nazirlər Kabineti Azərbaycan İlahiyyat İnstitutunda təhsilalanların aylıq yemək xərcinin məbləğinin və xüsusi geyim forması ilə təmin olunması normalarını təsdiq edib.

Redaktor.az-ın məlumatına görə, bu normalara əsasən, Azərbaycan İlahiyyat İnstitutunda bir təhsilalana verilən aylıq yemək xərci 60 manat məbləğində müəyyən edilib.

Aylıq yemək xərci bakalavriat səviyyəsində təhsilalanlara 4 ildən, magistratura səviyyəsində təhsilalanlara 2 ildən, doktorantura səviyyəsində təhsilalanlara isə 3 ildən çox olmayan müddət üzrə ödəniləcək.

Bu vəsait Azərbaycan İlahiyyat İnstitutuna ayrılan vəsait hesabına ödəniləcək.

Vumart və Güvən reklamı Vumart Güvən