Qeydiyyat müvəqqəti dayandırılır - Virtual məktəb

 12:10 08.09.2020     335

Sentyabrın 8-dən etibarən “Virtual məktəb”də qeydiyyat prosesi müvəqqəti olaraq dayandırılır.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, qeydiyyatın dayandırılması yeni tədris ilinin başlanması ilə əlaqədar profilaktik işlərin aparılması məqsədi daşıyır.

Qeydiyyat sistemi sentyabrın 14-dən etibarən yenidən aktivləşəcək.

Qeyd edək ki, bu müddət ərzində qeydiyyatdan keçmiş və “Virtual məktəb” platformasında artıq mövcud istifadəçi profili olan müəllim və şagirdlər sistemdən istifadə edə biləcəklər.