Bu il ümumi ixtisas qrupları üzrə plan yeri artıb – - DİM sədri

 16:07 08.09.2020     501

 “Keçən illə müqayisədə bu il ümumi ixtisas qruplar üzrə 858 plan yeri, yəni 1.79% yer artıb”.

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) sədri Məleykə Abbaszadə bildirib.

O, qeyd edib ki, 2019-cu ilə nisbətən 2020-ci ildə birinci ixtisas qrupu üzrə 299, yəni 1.96% plan yeri azalıb:

“İkinci ixtisas qrupu üzrə 381 yer (2.69%) azalıb. Üçncü ixtisas qrupu üzrə 1015 yer (9%) yer, dördüncü ixtisas qrupu üzrə isə 390 yer (10.5%) artıb. Beşinci ixtisas qrupuna gəldikdə isə keçən illə müqayisədə 3.71% plan yeri artıb”.

Nuranə Daxilqızı / Redaktor.az