DİM sədri: Yüksək nəticə göstərənlərin sayı azalıb

 16:28 08.09.2020     427

“Bu il birinci ixtisas qrup üzrə 607 nəfər 600-dən yuxarı bal toplayıb”.

Redaktor.az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin sədri (Dİ) Məleykə Abbaszadə bildirib.

O, qeyd edib ki, birinci ixtisas qrupu üzrə 600 baldan çox nəticə göstərənlərin sayı ötən illə müqayisədə 2% artıb.

“İkinci qrup üzrə 215 nəfər 600-dən yuxarı bal toplayıb. Keçən il isə bu rəqəm 404 idi. Bu da təxminən 2.8% fərq edir. Üçüncü qrupda 550 nəfər 600 baldan yuxarı nəticə göstərib. Dördüncü qrupda 353 nəfər 600-dən yuxarı bal toplayıb. Ötən il isə bu rəqəm 378 idi”.

Nuranə Daxilqızı / Redaktor.az