Təhsil haqqında qanuna dəyişiklik olunacaq - AÇIQLAMA

“İSO 21001:2018 Təhsil müəssisələrinin idarəolunması üzrə beynəlxalq standartın Azərbaycan dilinə tərcüməsi yekunlaşır”.
Bunu Redaktor.az-a açıqlamasında Beynəlxalq idarəetmə standartları üzrə ekspert-məsləhətçi Asif İbrahimov bildirib.
O qeyd edib ki, bu standart tərcümə olunduqdan dərhal sonra ictimaiyyətə təqdim olunacaq:
“Bilirsiniz ki,təhsil sistemimizdə olan çatışmazlıqlar ictimaiyyəti ən çox narahat edən məsələlərdəndir. Bununla bağlı İSO 21001:2018 Təhsil müəssisələrinin idarəolunması üzrə beynəlxalq standartın Azərbaycan dilinə tərcüməsini yekunlaşdırırıq. Standart tərcümə olunduqdan dərhal sonra ictimaiyyətə təqdim olunacaq”.
A. İbrahimovun sözlərinə görə, standart daha sonra Milli Məclis, Nazirlər Kabineti və Təhsil Nazirliyinə göndəriləcək:
“Bu standartın Milli Məclisdə təhsil haqqında qanuna ediləcək növbəti dəyişiklikdə istifadə edilməsi tövsiyyə ediləcək. Bundan başqa, Xətai rayonunda yerləşən humanitar fənlər təmayüllü məktəb-liseydə, Sabunçu rayon 67 saylı məktəbdə, Səbayil rayon 132 saylı məktəbdə bu standartın pilot olaraq tətbiq edilməsinə dəstək olunacaq və bu barədə Təhsil Nazirliyinə rəsmi olaraq müraciət olunacaq”.
Nuranə Daxilqızı / Redaktor.az