III qrupda qiyabi yerlərin sayı açıqlanıb

 13:09 11.09.2020     304

“Bu il III ixtisas qrupunda cəmi 425 yer qiyabidir, əyani yer 11861-dir”. 

Redaktor.az-ın məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə “Facebook”da canlı yayım zamanı bildirib. 

Onun sözlərinə görə, qiyabi ixtisaslarda da müsabiqə vəziyyəti kifayət qədər yüksək olur: “Xüsusən II qrupda müəyyən ixtisaslar üzrə müsabiqə vəziyyəti əyaniyə nisbətən qiyabidə daha yüksək olur”.