Təhsil Nazirliyindən dərslərlə bağlı VACİB AÇIQLAMA

 14:54 16.09.2020     1235

“Virtual məktəb”dən qeydiyyatdan keçən bəzi şagirdləri və onların valideynlərini maraqlandıran əsas məsələlərdən biri qeydiyyat kodu itən zaman onun necə bərpa olunmasıdır.

Məsələ ilə bağlı Redaktor.az-ın sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib ki, həmin şəxslər “Virtual məktəb”in texniki dəstək xidmətindən bəhrələnə bilərlər:

"“Virtual məktəb”in texniki dəstək xidmətindən bəhrələnmək üçün vətəndaşlar müraciətlərini elektron poçt vasitəsilə [email protected] ünvanına göndərə, virtual.edu.az vasitəsi ilə “Virtual Bələdçi”nin tez-tez verilən suallar xidmətindən istifadə edə, sosial media vasitəsilə “Virtual məktəb”in rəsmi "Facebook" səhifəsinin (https://rb.gy/fdrnxn) ismarıc bölməsinə yaza, yaxud da "Qaynar xətt” vasitəsilə 146-4 nömrəsinə zəng edərək, suallarını ünvanlaya bilərlər. Qaynar xətt xidməti  I-V günlər saat 09:00-dan 18:00-a kimi fəaliyyət göstərir”, - deyə nazirlikdən bildirilib.

Mahir Xəttab \ Redaktor.az