Müəllimlərə PULSUZ kompüter, şagirdlərə planşet... - KİMLƏRƏ VERİLƏ BİLƏR?

 14:58 24.09.2020     1748

Pandemiya başlayandan yeni dərs ili onlayn sistem üzərində qurulub. Lakin Şagirdlər onlayn tədris prosesindən şikayətlər artmaqdadır. Bir çox şagirdlər tədris prosesinə qoşula bilmirlər.

Maraqlıdır, belə bir onlayn tədrisin effekti necə olacaq?

Məsələ ilə bağlı Redaktor.az-a açıqlama verən təhsil eksperti Elşən Qafarov deyib ki, Təhsil Nazirliyi Virtual Məktəb platformasını təkminləşdirmək üçün müəyyən addımlar atmalıdır:

"Ölkənin bütün ərazilərini normal internetlə, təhsil alanları planşetlə, müəllimləri isə komputerlə təmin etmək olardı. Həmçinin, Virtual Məktəb platformasından istifadə edənlərin internetə haqq ödəmədən istifadə etmələri mükün idi. 

Lakin bunların heç birisi olmadı. Nəticədə tədris ilinin əvvəlində artıq Virtual Məktəblərə qoşulmaların sayı çoxaldı. Bununla da Virtual Məktəb platformasında ciddi problemlər yarandı. Hazırda həmin problemlərin aradan qaldırlması ilə bağlı müəyyən işlər görülsə də, ölkədə doğrudan da internet problemi var”.

Bundan əlavə, ekspert istər ucqar kəndlərdə təhsil alan şagirdlərin, istərsə də müəllimlərin komputer və planşet problemlərinin olduğunu deyib. Onun sözlərin görə, yaranmış vəziyyətlə bağlı teledərs layihəsi müəyyən qədər problemi yüngüllşədirir:

“Təbii ki, bunun effektinin olub-olmaması  ayrı məsələdir.  Amma ənənəvi dərsin yerini heç nə verə bilməz. Bu, bizdən və yaxud dövlətdən asılı olan bir vəziyyət deyil. Pandemiya şəraitində də təbii ki, tədrisi bərpa etmək kifayət qədər ciddi və riskli bir qərardır. Əgər internet problemi həll olunarsa, İKT vasitələri  təhsil prosesinin  iştirakçılarına hansısa formada verilərsə, bu, qismən vəziyyəti yüngülləşdirə bilər”.

Şahnun Qasımova / Redaktor.az