Azərbaycanda 552 məktəb direktoru vəzifəsi boşdur

 10:34 26.09.2020     219

Bu il üzrə ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu müsabiqəsinə 552 vakant yer çıxarılacaq.

Təhsil Nazirlyindən Redaktor.az-a verilən məlumata görə, direktorların işə qəbulu üzrə müsabiqəyə sentyabrın 28-dən start veriləcək. Müsabiqədə iştirak etmək istəyən namizədlər 2 oktyabr saat 23:59-dək elektron qeydiyyat zamanı müvafiq məlumatları daxil edərək tələb olunan sənədləri yüklədikdən və vakant yerləri seçdikdən sonra ərizələrini təsdiq etməlidirlər.

Namizədlər aşağıda qeyd olunan link vasitəsilə müsabiqə üzrə elan ediləcək vakant yerlər və müvafiq məlumatlarla tanış ola bilərlər:

Ümumi təhsil müəssisələrində direktor vəzifəsinə işə qəbul üzrə müsabiqəyə elan ediləcək vakant yerlər