Peşə təhsili müəssisələrinin pedaqoji heyəti üçün təlimlərə başlanılıb

 18:59 23.10.2020     350

BMT-nin Uşaq Fondunun (UNICEF) təşkilatçılığı ilə ümumtəhsil və peşə təhsili müəssisələrinin pedaqoji heyəti üçün təlimlərə başlanılıb.

Redaktor.az xəbər veriri ki, təlim oktyabrın 24-dək davam edəcək. Təlimin məqsədi Azərbaycanda UNICEF tərəfindən gənclər üçün hazırlanan ümumi həyat bacarıqları (Basic Life Skills) kurikulumu üzrə bələdçinin təlimat kitabçasını və tələbənin/şagirdin iş kitabını sınaqdan keçirməyə hazırlaşan pilot təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirməkdir. Eyni zamanda, onları təlimçi hazırlama təlimlərinə cəlb etməkdir.

Təlimlərdə iştirak üçün 4 peşə təhsil müəssisəsinin - İctimai İaşə və Xidmət, Mədəniyyət və Sənətkarlıq, Turizm və Sosial Xidmətlər və Dəmir Yolu və Metropoliten üzrə Bakı dövlət peşə təhsil mərkəzlərinin mühəndis pedaqoji heyəti iştirak edir.

Qeyd edək ki, təlimlərə Azərbaycan Respublikası Təhsil Nazirliyi, Peşə Təhsili üzrə Dövlət Agentliyinin müvafiq əməkdaşları da qatılıb. //AZƏRTAC

22