Şeir müsabiqəsinin qalibləri elan edildi - Gənclər Kitabxanası

 10:17 23.11.2020     466

Respublika Gənclər Kitabxanası Ali Baş Komandan cənab Prezident İlham Əliyevin “Qarabağ Azərbaycandır!” şuarını rəhbər tutaraq Azərbaycanımızın bütövlüyü uğrunda şərəflə döyüşən və bununla da adını əbədi olaraq şanlı tariximizə yazan qəhrəmanlarımız haqqında esse və şeir müsabiqəsini yekunlaşdırıb.

Redaktor.az xəbər verir ki, müsabiqə elan olunduğu gündən kitabxananın elektron poçt ünvanına çoxlu sayda şeir və esse nümunələri göndərilib. Onların hər biri kitabxananın sosial şəbəkə hesablarında yerləşdirilib. “

MƏNİM QƏHRƏMAN ƏSGƏRİM!” mövzusunda esse və şeir müsabiqəsinin qalibi onlayn səs çoxluğu əsasında (“Bəyənmə” sayına görə) “Vətən çağırır” şerinin müəllifi Həsənzadə Sevinc seçilib. O, müəllifi olduğu şeirdə Azərbaycanın 30 illik vətən həsrətindən, mübarizə yolundan, Koroğlu, Qaçaq Nəbi, Həzi Aslanov, İlqar Mirzəyev, Polad Həşimov və s. kimi igid oğullarından bəhs edib. Bundan əlavə, Respublika Gənclər Kitabxanası təşkilatçılıq hüququndan istifadə edərək daha bir qalibin seçilməsinə qərar verib.

Bu, müsabiqəyə  Azərbaycan Ordusuna həsr olunmuş videoçarxla qatılan Məsim Məmmədov olub. Sözügedən şəxs Azərbaycan Ordusu haqqında şeir yazmış, bu şeirə müsiqi bəsdələyərək, mahnı formasında ifa etmiş və sonucda video çarx hazırlayaraq müsabiqəyə qatılıb.

Qalib olan şeir nümunələrinə ilə aşağıdakı linklər vasitəsilə baxmaq olar:

https://www.instagram.com/tv/CHnRazmh3kl/
https://www.instagram.com/p/CHse-yMhQYO/