Gənclər Kitabxanası yeni vətənpərvərlik aksiyasına BAŞLAYIB

 11:44 27.11.2020     447

Müstəqil Azərbaycanın qurucusu - ulu öndər Heydər Əliyev vətənpərvərliyi, vətəndaşlıq duyğusunu həmişə xalqın, dövlətin, vətənin taleyinin ayrılmaz tərkib hissəsi hesab edirdi. Onun azərbaycançılıq ideyasının güclənməsində, onun etnik-milli müstəvidən dövlətçilik və vətənpərvərlik müstəvisinə keçirilməsində müstəsna rolu vardır. Ümummilli lider vətənpərvərliyə və dövlətçiliyə əsaslanan azərbaycançılığı qurdu, yaratdı, eyni zamanda, əməli surətdə həyata keçirdi. Milli ideologiyadan, azərbaycançılıq ideologiyasından danışarkən, ulu öndər hər bir azərbaycanlının vətənpərvərlik hissləri ilə yaşamasını daim önə çəkirdi: "Milli vətənpərvərlik hissləri hər bir vətəndaşda o qədər güclü olmalıdır ki, hər bir vətəndaş milli mənafeyi öz şəxsi mənafeyindən, öz şəxsi yaşayışından, öz şəxsi həyatından - hər şeydən üstün tutsun".

Redaktor.az xəbər verir ki, Respublika Gənclər Kitabxanası gənclərimizin hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi yönümündə, azərbaycançılıq ideologiyasını rəhbər tutaraq  “Mən Azərbaycanlıyam” aksiyasına start verib. Bu aksiya çərçivəsində hərbi- vətənpərvərlik ruhunda, mövzusunda yazılan poeziya nümunələrinə müraciət edib. Kitabxananın əməkdaşları tərəfindən Bəxtiyar Vahabzadənin “Azərbaycan” və “Bayraq”, Səməd Vurğunun “Şuşa”, Nuranə Nurun “Oğluma” və s. şeirləri səsləndirilərək, video material formasında izləyicilərə təqdim edilib. Bu aksiyanın təşkil etməklə kitabxana istifadəçilərini, gənc nəslin nümayəndələrini hərbi vətənpərvərlik mövzusunda yazılan poeziya nümunələri ilə tanış etmək istəyir. Video çarxların hər biri Milli Ordumuzun qururverici görüntüləri, doğma Azərbaycanımızın füsünkar gözəlliklərini tərənnüm edən foto materiallar ilə müşayət olunur. Layihə uğurla davam etdirilir və “Bəyənmə” saylarına görə yerləşdirilən materiallar ön sıralardadırlar. İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan video materiallara aşağıdakı linklər vasitəsilə baxa bilərlər.

https://www.instagram.com/p/CH0rFshhoEw/

https://www.instagram.com/p/CHZlvQyB_Lp/

https://www.instagram.com/p/CHV7y-ehnK2/

https://www.instagram.com/p/CHVogHRBchk/