“Universiteti iki ilə bitirən də müəllim adlanır, beş ilə bitirən də” - VİDEO

 02:02 01.12.2020     208

Pandemiya ilə əlaqədar artıq bir müddətdir ki, təhsil müəssisələrinin, o cümlədən uşaq bağçalarının fəaliyyətinin dayanması uşaq inkişaf və uşaq tədris mərkəzlərinə tələbatı artırıb.

Redaktor.az xəbər verir ki, ARB TV-nin efirində yayımlanan “Günə doğru” verilişində məsələ ilə bağlı ətraflı süjet yayımlanıb.

Məsələ ilə bağlı danışan ekspert Rasif Dünyamalıyev bu gün bazarda hər qiymətə inkişaf mərkəzi olduğunu deyib:

“Bunu bazar özü tənzimləyir, çünki ehtiyac var”.

Təhsil eksperti Kamran Əsədov işə qəbulun hər hansı vakansiya vasitəsilə deyil, daxili qaydada olduğunu vurğulayıb:

“Kimlərsə fərdi qaydada bu prosesi həyata keçirirlər. Bir çox hallarda bəziləri “YouTube”dan və yaxud digər informasiya mənbələrindən həmin sahə üzrə müəyyən informasiya əldə edib bu və digər xidmətləri göstərirlər. Getdiyimiz özəl uşaq inkişaf mərkəzlərində dolayısı yolla da olsa, deyilənləri təsdiqləyirlər. İşə qəbul zamanı savada deyil, qohum-tanışa üstünlük verilir”.

Ətraflı süjetdə: //Oxu.az