Vətəndaşların qəbulu yanvarın 31-dək dayandırıldı - Təhsil Nazirliyi

Elm
 14:46 06.01.2021     65

Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə Nazirlər Kabinetinin 8 dekabr 2020-ci il tarixli 488 nömrəli qərarına əsasən, Təhsil Nazirliyinin Vətəndaşların Qəbulu Mərkəzi 31 yanvar 2021-ci il  tarixinədək fəaliyyətini dayandırır.

Təhsil Nazirliyindən Redaktor.az-a bildirilib ki, bu müddətədək vətəndaşlar Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna zəng etməklə və ya nazirliyin rəsmi saytı (https://edu.gov.az/az/contacts/appeal) vasitəsilə müraciət edə bilər, yaxud nazirliyin elektron resurslarında (https://edu.gov.az, https://ict.edu.az) təqdim edilən müxtəlif xidmətlərdən yararlana bilərlər.

Təhsil Nazirliyinin rəsmi məlumatlarını nazirliyin rəsmi saytı, həmçinin sosial şəbəkələrdəki səhifələrindən (https://www.facebook.com/tehsil.gov.azhttps://twitter.com/tehsilgovazhttps://www.instagram.com/edugovaz/

https://www.youtube.com/user/tehsilgovaz@edugovaz izləmək tövsiyə edilir.