Yanvarın 22-də dərslərlə bağlı bu qərarlar verilə bilər - DİQQƏT!

 11:19 20.01.2021     753

Bildiyimiz kimi, koronavirusa qarşı sərt karantin qaydaları mərhələli şəkildə yumuşaldılmağa başlanıb. Lakin karantin müddətində təhsilin hansı üsulda keçirilməsi barədə qərar qəbul edilməyib. Yanvarın 22-də bununla bağlıTəhsil Nazirliyinin ayrıca brifinqi olacağı bildirilib. Bəs həmin brifinqdə hansı qaydalar qəbul edilə bilər?

Redaktor.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov açılamasında orta məktəblərin 15 sentyabr 2020-ci ildə olduğu kimi, hibrid formada, həftədə bir neçə gün olmaqla açılaca biləcəyini deyib:

"Ola bilsin ki, I yarım il üzrə məktəb daxili qiymətləndirilmə həyata keçirilməsin. Çünki 1.6 milyon şagirdi qısa müddətdə bu prosesə cəlb etmək mümkün deyil. Çünki brifinq 22 yanvarda təşkil edilir. 27 yanvarda isə I yarım il başa çatır. 23, 24 yanvar da şənbə və bazar günləri olduğu üçün müəllim və şagirdlər öz cari işlərində olacaqlar. Qalan 3 gündə isə bütün fənlər üzrə BSQ təşkil etmək mümkün deyil. Ona görə də, şagirdlər II yarım il üçün məktəblərə gələndə o yarım il üçün qiymətləndirilmə həyata keçiriləcək və bu da yekun qiymət olacaq.

22 yanvar brifinqində ali, orta ixtisas və peşə təhsili müəssisələrinin də qismən və mərhələli şəkildə açılması ilə bağlı qərar ola bilər. Çünki 1-ci kurslar ümumiyyətlə təhsil müəssisələrinə getməyib, 4-cü kursların isə pedaqoji, istehsalat təcrübələri (plaktika) var, eyni zamanda bəzilərinin akademik borcları (kəsr) var ki, onlar bu semester həll olmalıdır, 4-cü kursların diplom işləri, buraxılış işləri var. Həmçinin, onlar magistratura pilləsinə qəbul imtahanı verəcəklər.

Ümumiyyətlə, bütün kurslar üzrə tədrisin bərpa edilməsi istiqamətində addım atılması mümkündür.

Virusa yoluxmadan narahat olanlar və səhhətində problem olanlar dərslərdə iştirak etməsi məcburi yox, könüllülük prinsipi əsasında təşkil edilə bilər. Burada bir problem yaranır. Müəllim bütün günü məktəbdə qruplara bölünmüş şagirdlərə hissə-hissə dərs deyəcək, amma evə gələndən sonra dərsdə iştirak etməyən şagirdlərə yenidən əlavə onlayn dərs keçməlidirmi?Düşünürəm ki, bu əlavə ödənişli əsaslarla olmalıdır və ya sistemə yeni müəllimlər daxil edilməlidir.

Tədris qismən və mərhələli şəkildə bərpa ediləndən sonra orta və ali məktəblərdə 65 yaşdan yuxarı şəxslər dərslərə buraxılacaqmı? Ehtimal ki, yox. Onların bilik və bacarıqlarından onlayn dərslərdə istifadə etmək lazımdır. Qısa müddət ərzində həmin müəllimlərin əhatə dairəsi müəyyən edilməli və MİQ imtahanda iştirak etmiş, müvafiq balı toplayan müəllimləri müddətli müqavilə əsasında dərslərə cəlb etmək olar.

Dərslər hibrid formada bərpa olunsa 2020-ci ilin oktyabrında olan səhnə təkrar olunan bilər və yoluxma halları arta bilər. Bunun aradan qaldırılması üçün "school bus" (məktəbli avtobusu) təşkil edilməlidir. Metronun fəaliyyəti bərpa edilməlidir. Məktəblərdə azı 1 giriş və 1 çıxış qapıları müəyyən edilməlidir. Şagirdlərin qoruyucu maskadan istifadə etməsi məcburi olmalıdır. Müəllimlər də sanitariya qaydalarına riayət etməli, məktəblərdə mütəmadi olaraq dezinfeksiya işləri aparılmalıdır.

Hibrid formada tədris bərpa olunandan sonra dərslərin müddəti 30-35 dəqiqə olmalıdır. Çünki indi siniflərdə şagirdlərin sayı dəfələrlə az olacaq. Bütün fənlər tədris olunmamalıdır. Digər fənlər onlayn qaydada həyata keçirilməlidir. Xüsusi ilə ibtidai sinif şagirdlərinə Azərbaycan (rus) dili, Riyaziyyat və xarici dil fənləri hər gün tədris edilməlidir. Digər fənlər isə onlayn rejimdə keçirilməlidir. Məktəblərdə bufet və digər xidmətlər göstərilməməlidir. Ali və orta ixtisas təhsili müəssisələrinin tələbələrinin bütün kurslar üzrə dərslərə cəlb edilməsi xüsusi ilə vacibdir. Bu dəfə universitet və kolleclərin açılması mütləqdir.

Repititor və hazırlıq kurslarının fəaliyyət növləri ilə bağlı qərar qəbul etmə Təhsil Nazirliyinin səlahiyyətlərinə aid olmadığından, onlar yalnız 22 yanvarda bu sahələr üçün Nazirlər kabinetinin qərarını elan edə bilər. Yanvarın 25-i və ya 1 fevraldan repititor və hazırlıq kurslarının fəaliyyətinə icazə verilməsi gözləniləndir.

Etiraf edək ki, təhsilin böyük işini -əsasən imtahan nəticələri istiqamətində onlar görür. Nəzərə alsaq ki, bu fəaliyyət növləri biznes subyektləridir və özlərinin kommersiya maraqları üçün qaydalara daha çox riayət edirlər".

Şəfəq Samed \ Redaktor.az