Peşəkar Mühasib Sertifikatı almaq istəyənlər üçün İMTAHAN

 20:45 21.02.2021     348

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən imtahanlara hazırlaşan namizədlərə kömək məqsədi ilə 21 fevral 2021-ci il tarixində imtahanın 1-ci mərhələsi - mühasibat uçotu üzrə əsas imtahan modelinə uyğun sınaq imtahanı təşkil edilib.

DİM-dən Redaktor.az-a verilən məlumata görə, COVID-19 infeksiya ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına yalnız tibbi maska ilə daxil olmağa icazə verilib və namizədlərin məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılıb, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunub. İmtahan zallarında namizədlər bir-birindən lazımi uzaq məsafədə əyləşdirilib.

Sınaq imtahanı İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartları üzrə - I, II səviyyə PMS-i almaq istəyən namizədlər üçün keçirilib. İmtahanda 50 nəfər iştirak edib.

İmtahanın 3 saat müddətində aparılıb və namizədlərə biliklərinin qiymətləndirilməsi üçün 40 test tapşırığı təqdim edilib. 40 test tapşırığının 30-u qapalı, 10-u açıq tipli tapşırıqlardır. Qapalı tipli tapşırıqların 20-si 1 balla, 10-u 2 balla, açıq tipli tapşırıqların 8-i 5 balla, 2-si 10 balla qiymətləndirilir.

İmtahan nəticələri yazılı cavab tələb edən tapşırıqların yoxlanılması ilə əlaqədar yaxın 1 həftə ərzində elan olunacaq.