Müəllimlərin işə qəbulu üzrə müsahibələr başa çatıb

Elm
 14:47 22.02.2021     65

Fevralın 5-dən etibarən başlayan müəllimlərin işə qəbulu müsabiqəsi üzrə növbəti onlayn müsahibələr başa çatıb.

Təhsil Nazirliyindən Redaktor.az-a bildirilib ki, onlayn müsahibələrə müxtəlif fənlər üzrə ümumilikdə 2948 namizəd dəvət olunub. "Microsoft Teams" proqramı üzərindən keçirilən müsahibələrdə 2912 nəfər iştirak edib. Müsahibə nəticələri ilə bağlı məlumatlar namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, onlayn müsahibələrdə uğur qazanmayan namizədlər üçün apelyasiya prosesinin təşkili nəzərdə tutulub.