Direktorların işə qəbulu üzrə onlayn İMTAHAN

 15:29 23.02.2021     406

Fevralın 25-də direktor vəzifəsinə işə qəbul üzrə növbəti onlayn sınaq imtahanı keçiriləcək.

Təhsil Nazirliyindən Redaktor.az-a bildirilib ki, imtahanda fevral ayının 19-da keçirilmiş sınaq imtahanına qatılmayan şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, əvvəlki sınaq imtahanında 1955 namizəd iştirak edib. Həmin namizədlər şəxsi səhifələrindən “Sınaq imtahanında iştirak et” xanasına daxil olaraq “İmtahanlar” bölməsindən doğru və səhv cavablandırdığı suallarla tanış ola bilərlər.