Bakıda daha bir məktəb bağlandı - COVID-19

 10:53 03.03.2021     836

Bakıda daha bir orta məktəb koronavirusa görə distant dərslərə keçib.

Redaktor.az-ın məlumatına görə, Qaradağ rayonu Lökbatan qəsəbəsi ərazisində yerləşən 106 saylı tam orta məktəbdə COVİD-19 səbəbindən artıq iki gündür ki, tədris distant şəkildə keçirilir. Məlumatı məktəbdən Trend-ə təsdiq ediblər.

Qeyd olunub ki, növbəti həftənin ikinci günündən dərslərin adi qaydada bərpası planlaşdırılır. //Trend.az