ADPU-ya yeni mətbuat katibi təyin edilib

Elm
 14:57 21.03.2021     121

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) mart ayının 5-də keçirilən Elmi Şurasının qərarlarına müvafiq olaraq universitetdə müəyyən struktur təkmilləşdirmələri aparılıb.

Redaktor.az bildirir ki, bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, şuranın qərarlarına əsasən rektor, professor Cəfər Cəfərovun martın 16-da imzaladığı əmrlə ADPU-da mətbuat işi və ictimaiyyətlə əlaqələrin təkmilləşdirilməsi, informasiya yayımı və axınının koordinasiyasının optimallaşdırılması məqsədi ilə universitetdə yeni “mətbuat katibi” ştatı təsis edilib.

ADPU-nun məzunu olan gənc mütəxəssis Cavid Hüseynov universitetin Mətbuat katibi (Tələbələrlə iş və ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı) vəzifəsinə təyin edilib. O, buna qədər uzun müddət ərzində könüllü olaraq ADPU SMM komandasını yaradaraq universitetin sosial media hesablarını, ictimaiyyətlə əlaqələri və informasiya yayımı işini idarə edib. //Report.az