Gimnaziyada tədris dayandırıldı - Tovuz

Tovuz rayonunun Qovlar şəhərində İnteqrasiya Təlimi İnternat Tipli Gimnaziyanın 5 sinfi koronavirus səbəbindən bağlanılıb.
Redaktor.az-ın məlumatına görə, Gimnaziyanın 5 müəllimi və 3 şagirdi COVID-19-a yoluxub.
Bu səbəbdən, tədris müəssəsinin iki 3-cü, iki 4-cü və bir 9-cu sinfi bağlanıb.
Bu siniflərin şagirdləri üçün tədris distant formada keçirilir. //Report