Daha bir müəllim koronavirusdan vəfat edib
Bərdə rayonunda müəllim koronavirusdan vəfat edib.
Redaktor.az xəbər verir ki, rayonun Soğanverdilər kənd məktəbinin ibtidai sinif müəllimi Şəhla Qarayeva pandemiyanın qurbanı olub.
62 yaşlı müəllimin bütün ailə üzvlərində də COVID-19 aşkarlanıb.
Müəllimin ölümü ilə əlaqədar kənd məktəbi iki həftəlik distant tədrisə keçib. //Qafqazinfo













