Reyhan Camalova təhsil alacağı universiteti AÇIQLADI

 15:49 01.05.2021     480

Azərbaycanın gənc ixtiraçısı dünyada kifayət qədər tanınan “Rainergy” startapının təsisçilərindən olan Reyhan Camalova təhsil alacağı universiteti açıqlayıb.

Redaktor.az bildirir ki, bu barədə Oxu.Az-a o, özü məlumat verib. Onun sözlərinə görə, ABŞ-da təhsil üçün cavab aldığı Pensilvaniya Universitetinin təklifini müsbət qiymətləndirib. 

R.Camalova deyir ki, universitetdə Penn Dünya Təqaüdçüsü (Penn World Scholar) kimi təhsil alacaq:

“Böyük ehtimalla dərslərə onlayn qaydada qoşulacağım. Tədris prosesləri sentyabr ayından başlayacaq”.

Xatırladaq ki, R.Camalova təhsil üçün ABŞ-ın dünyaca məşhur universitetlərində qeydiyyatdan keçib və yeddi universitetdən müsbət cavab almışdı.