Zərdabda daha 2 məktəb distant təhsilə keçdi

Elm
 16:31 01.05.2021     296

Zərdab rayonunda daha 2 məktəb distant təhsilə keçir.

Redaktor.az xəbər verir ki, bu barədə Zərdab rayon Gigiyena və Epidemiologiya Mərkəzi qərar qəbul edib.

GEM-dən bildirilib ki, rayonun şəhər 3 saylı məktəbi və Qaravəlli kənd orta məktəbində şagird və müəllimlərdə koronavirus infeksiyası aşkarlanması səbəbindən əyani təhsil dayandırılıb:

"Müvəqqəti olaraq təhsil ocaqları distant təhsilə keçir. Bundan başqa, hər iki məktəbdə dezinfeksiya işləri də həyata keçiriləcək".

Qeyd edək ki, bir müddət öncə rayonun Məlikmudlu və Çallı kənd orta məktəblərində şagird və müəllimlərdə koronavirus infeksiyası aşkarlanması səbəbindən hər iki məktəb distant təhsilə keçmişdi. //Report.az