Yeni metodiki vəsait təqdim olunub Gənclər Kitabxanası

Məlum olduğu kimi metodiki iş kitabxanada sistemli və məqsədyönlü bir fəaliyyət sahəsidir. Kitabxanaçıların elmi-nəzəri hazırlığının, professional ustalığına hesablanmış və hərtərəfli hazırlığa istiqamətləndirilən bir xidmətdir.
Redaktor.az xəbər verir ki, müasir zamanda kitabxanalarda metodiki fəaliyyət böyük dəyişikliyə məruz qalmışdır. Metodik fəaliyyətin konsepsiyası dəyişmişdir. Kitabxanalara internetdən istifadə edərək, virtual məkanda necə işləmək, innovasiya,marketinq, strateji planlaşdırma - bütün bunların hamısı ilə ayaqlaşmaq lazım gəlir. Praktikada metodik xidmətin müxtəlif istiqamətləri diqqəti cəlb edir.
Respublika Gənclər Kitabxanası tərəfidən təqdim edilən bu metodiki vəsait “Sərgilər:panoramaların ideyası”adlanır. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası sərgilərin hazırlanması və təşkili istiqamətində layihə yanaşmasından istifadə edərək, öz maraqlı,profesional cəhətdən işlənmiş təcrübəsini daim davam etdirir.
Kitabxananın metodik təminatı və təlimi üzrə hazırlanan bu vəsait öz effektivliyini sübut etmiş sərgilər baxımından kitabxana mütəxəssislərinin,tələbələrin, istifadəçilərin marağına səbəb olacaqdır.
Vəsaitdə "Xalqlar çoxdur-ölkə birdir", "Ədəbi labirint", "Soyuq müharibə rəngləri", "Kitab cazibəsi" - 4 metodiki layihə işlənərək kitabxana işçilərinin, tələbələrin ixtiyarına verilmişdir.
Hər metodiki işin məqsədi, vəzifəsi, hədəf auditoriyası, təqdim edilən sərgilərin konsepsiyası, icmalı verilmişdir. Vəsaitdə diqqəti cəlb etmək üçün kitabxana sərgilərinin şəkillərindən, müxtəlif illüstrasiyalardan istifadə edilmişdir.
Hər metodiki layihə biblioqraik siyahı ilə təmin olunmuşdur. Siyahıda vətən, xarici ədəbiyyat,elektron resurslar öz əksini tapmışdır.
Metodiki işin əsas konsepsiyası kompüter texnologiyaları vasitəsi ilə hər kəsə açıq olan meodiki informasiya mühiti yaratmaqdır.
Təklif olunan nəşr müəllif layihələrini ehtiva edir. Burada əsas məqsəd kitabxana sərgilərinə mətbuat, kitabxananın veb-saytı , sosial şəbəkələr vasitəsi ilə oxucunun diqqətini cəlb etmək,mütaliəyə marağı artırmaqdır. Materiallar planlaşdırma, interaktiv sərgilərin hazırlanması, fondla işləmək, kitabxanaların əyani işinin inkişafına kömək etmək üçün faydalı ola bilər
İstifadəçilər kitabxana əməkdaşları tərəfindən hazırlanan metodiki vəsaitə http://ryl.az/files/sergi.pdf linki vasitəsilə baxa bilərlər.
