Nazirdən yay məktəbi sorğusu ilə bağlı AÇIQLAMA

 21:13 31.05.2021     333

“Təhsil Nazirliyi tərəfindən iyun ayında yay məktəblərinin təşkilinə dair keçirilmiş sorğuda 44 faiz iştirakçı bu təşəbbüsü dəstəkləyib”.

Redaktor.az xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayevin sosial şəbəkə hesabındakı paylaşımında deyilir.

“Şagirdlərimizin pandemiya dövründə üzləşdikləri çətinlikləri aradan qaldırmaq üçün 16-30 iyun tarixlərində ödənişsiz və könüllü əsaslarla ümumi təhsil müəssisələrində iki həftəlik yay məktəbləri təşkil ediləcək.

Pandemiya dövründə “itirilmiş öyrənmə”ni bərpa etmək üçün digər təşəbbüslərimiz də olacaq. Sorğuda iştirak etdiyiniz üçün təşəkkür edirəm”, - nazir qeyd edib.