Təhsil naziri canlı yayımda sualları cavablandıracaq

 17:33 08.06.2021     361

İyunun 10-da təhsil naziri Emin Əmrullayev canlı yayımda ali və orta ixtisas təhsili müəssisələrində imtahan sessiyasının təşkili, ümumi təhsil müəssisələrində yay məktəbi və tədris ilinin yekunları mövzularında sualları cavablandıracaq.

Bu barədə Redaktor.az-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, mövzulara dair sualları iyunun 9-u saat 18:00-dək nazirliyin rəsmi feysbuk səhifəsində paylaşılan postun rəy bölməsində qeyd etmək olar.

2