“Sabir Rüstəmxanlı - 75” adlı elektron baza təqdim edilib

XX əsrdə millətimizin istiqlal - özünüdərk mücadiləsi Azərbaycan poeziyasının imkanlarını və gücünü də ortaya qoydu. Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, Xalq şairi, Milli Məclisin deputatı, Vətəndaş Həmrəyliyi Partiyasının sədri, ürəyi Vətən sevdalı, Sabir Rüstəmxanlı da bu ağır, sevda Yolu-nun yolçusu oldu. Bu il Xalq şairi Sabir Rüstəmxanlının 75 yaşı tamam olur.
Redaktor.az xəbər veir ki, gənc nəslin mənəvi tərbiyə işində daim yaxından iştirak edən Respublika Gənclər Kitabxanası Azərbaycan Prezidenti İlham Əliyevin 20 may 2021-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilən, vətənpərvərlik ideyalarının carçısı olan şairin çoxşaxəli fəaliyyətini istifadəçilərə çatdırmaq məqsədilə “Sabir Rüstəmxanlı-75” adlı elektron baza hazırlayıb. Kitabxananın rəsmi saytına yerləşdirlən elektron bazada S. Rüstəmxanlı haqqında rəsmi sənədlər, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, müəllifin kitabları və məcmuələrdə, dövri nəşrlərdə çıxan əsərləri, tərcümələri, başqa dillərdə çıxan əsərləri, tərtib etdiyi, redaktoru olduğu və ön söz yazdığı kitablar, özü və yaradıcılığı haqqında materialların tam təsviri əks xronologiya və daxildə əlifba ardıcıllığı ilə verilib.
Elektron resursda qeyd olunan 192 ədəbiyyatın 112-si kitab (93 Azərbaycan, 10 türk, 7 rus dilində, 2 kitab rus dilində Türkiyə kitabxanasında olan), 70-i isə dövri mətbuatda çıxan məqalələrdir. Sabir Rüstəmxanlı əqidə şairidir, Nəsimi davamçısıdır. Amalını da ustadından götürüb, çeşməsindən su içibdir. Sözün düzünü deməyi, düşündüyünü dilinə gətirməyi bacarıbdır. O, aydın sabahlara işıq yolçusu, nur yolçusudur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi sevimli şairimizə bundan sonra da bu nurlu yolda inamla addımlayaraq yeni-yeni yaradıcılıq uğurlarına imza atmağı arzu edir.
Qeyd edək ki, “Sabir Rüstəmxanlı-75” adlı electron baza Redaktor.az xəbər veir ki, gənc nəslin mənəvi tərbiyə işində daim yaxından iştirak edən Respublika Gənclər Kitabxanası Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20 may 2021-ci il tarixli sərəncamı ilə “Şöhrət” ordeni ilə təltif edilən, vətənpərvərlik ideyalarının carçısı olan şairin çoxşaxəli fəaliyyətini istifadəçilərə çatdırmaq məqsədilə “Sabir Rüstəmxanlı-75” adlı elektron baza hazırlayıb. Kitabxananın rəsmi saytına yerləşdirlən elektron bazada S. Rüstəmxanlı haqqında rəsmi sənədlər, həyat və yaradıcılığı, ictimai-siyasi fəaliyyəti, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, müəllifin kitabları və məcmuələrdə, dövri nəşrlərdə çıxan əsərləri, tərcümələri, başqa dillərdə çıxan əsərləri, tərtib etdiyi, redaktoru olduğu və ön söz yazdığı kitablar, özü və yaradıcılığı haqqında materialların tam təsviri əks xronologiya və daxildə əlifba ardıcıllığı ilə verilib. Elektron resursda qeyd olunan 192 ədəbiyyatın 112-si kitab (93 Azərbaycan, 10 türk, 7 rus dilində, 2 kitab rus dilində Türkiyə kitabxanasında olan), 70-i isə dövri mətbuatda çıxan məqalələrdir. Sabir Rüstəmxanlı əqidə şairidir, Nəsimi davamçısıdır. Amalını da ustadından götürüb, çeşməsindən su içibdir. Sözün düzünü deməyi, düşündüyünü dilinə gətirməyi bacarıbdır. O, aydın sabahlara işıq yolçusu, nur yolçusudur. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının kollektivi sevimli şairimizə bundan sonra da bu nurlu yolda inamla addımlayaraq yeni-yeni yaradıcılıq uğurlarına imza atmağı arzu edir. Qeyd edək ki, “Sabir Rüstəmxanlı-75” adlı electron baza http://ryl.az/sabir_rustemxanli_el_melumat_bazasi/index.html linkinda yerləşdirilib.">http://ryl.az/sabir_rustemxanli_el_melumat_bazasi/index.html linkinda yerləşdirilib.