Ali təhsil müəssisələrinə 2-ci şans imtahanı olmayacaq? - AÇIQLAMA

Elm
 21:18 05.07.2021     274

Son günlər sosial şəbəkələrdə ali təhsil müəssisələrinin bakalavriat pilləsinə keçirilən qəbul imtahanlarının 2-ci şans mərhələsinin keçirilməyəcəyi ilə bağlı xəbərlər yayılıb. Bəs bu məlumatlar nə dərəcədə həqiqətə uyğundur?

Redaktor.az xəbər verir ki, mövzu ilə bağlı təhsil eksperti Kamran Əsədov Big.az-a açıqlama verib:

"Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinə cari ildə blok imtahanlarının iki dəfə olacağını proqnozlaşdırmışdı. Amma biz təqvimə nəzər salanda görürük ki, hazırda bu vəziyyət real görünmür. Hətta Dövlət İmtahan Mərkəzi özünün imtahan təqvimi cədvəlindən 2-ci imtahanla bağlı məlumatı çıxarıb. Yəni hazırda real vəziyyət ondan ibarətdir ki, yalnız iyul aylarında ali təhsil müəssisələrinə imtahanlar gözlənilir.

Digər tərəfdən, ali təhsil müəssisələrinə bloklar üzrə ikinci şans imtahanlarınının olma ehtimalı çox azdır, hətta yox dərəcəsindədir. Çünki sonuncu imtahan 28 iyulda keçiriləcək. İmtahan nəticələrinin 10 gün ərzində açıqlanacağını düşünsək, bu, avqustun 10-na kimi olan müddəti əhatə edəcək. Daha sonra apellyasiya müraciəti və apellyasiyaya baxılması 1 həftə - 10 gün vaxt aparacaq. Bu da gəlib çıxacaq avqustun 20-nə.

Hesab edirəm ki, ali təhsil müəssisələrində keçən il yəni, 2020-ci ildə dərslərin 1-ci kurslarda sentyabrın 15-də başlamaması ciddi problemlərə səbəb oldu. Belə ki, ali təhsil müəssisələrində dərslərin oktyabr ayının 1-də başlayacağı planlaşdırılsa da, belə olmadı. Bütün bunlar, təbii ki, semestrin vaxtında başa çatmasına, eyni zamanda vaxtında müəyyən zəruri tədbirlərin həyata keçirilməsinə imkan vermədi. Ona görə də biz sentyabrın 15-də normal vaxtda tədrisin başlamasını planlaşdırırıqsa, 2-ci şansın olma ehtimalı yoxdur. Hersab edirəm ki, bu il ali təhsil müəssisələrinə bloklar və ixtisas qruplar üzrə 2-ci şans imtahının olma ehtimalı azdır. hətta böyük ehtimalla 2-ci şans imtahanı olmayacaq".