Narazı qalan müəllimliyə namizədlərin - NƏZƏRİNƏ

Elm
 08:10 07.07.2021     70

İyulun 6-dan müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsi ilə bağlı apelyasiya müraciətlərinin qəbuluna başlanılıb.

Redaktor.az xəbər verir ki, Təhsil Nazirliyindən verilən məlumata görə, imtahanda iştirak etmiş namizədlər şəxsi səhifələrində növbəti gün saat 14:00-da aktivləşdirilən müvafiq xanaya daxil olaraq 48 saat (2 gün) ərzində apellyasiya müraciəti edə bilərlər. Namizədlər müvafiq xanaya müraciətlərinin məzmununu ətraflı şəkildə qeyd etməlidirlər. Apellyasiya müraciəti komissiya tərəfindən araşdırıldıqdan sonra müvafiq cavab namizədlərin şəxsi səhifələrinə göndəriləcək.

Qeyd edək ki, 5 iyul tarixində fizika və informatika fənni üzrə keçirilən test imtahanlarının apellyasiya müraciətləri bu gün saat 14:00-dan etibarən qəbul olunmağa başlayıb. //Sherg.az.