“Dünyanı dəyişən kəşflər” layihəsinə start verib - Gənclər Kitabxanası

Bu gün adi gündəmimizin ayrılmaz hissəsi olan, artıq heçkimdə təəccüb doğurmayan bir sıra həyatı vacib resurslarımız bir zamanlar dünya tarixində nadir kəşflər hesab olunurdular. Keçmiş dövrdəki ilk alətlərdən tutmuş bu gün də istifadə etdiyimiz internet ve ya kosmik vasitələrə qədər hər şey insanın necə yaradıcı bir varlıq olduğunu sübut edir. Axı bütün bu innovativ vasitələrin yaradıcısı insandır. İnsan beyni və yaradıcı təxəyyülü vasitəsilə günü bu gün də məişətimizə yeni - yeni vasitələr-kəşflər daxil olmaqdadır.
Redaktor.az xəbər verir ki, Respublika Gənclər Kitabxanası gənclərimizin marağına səbəb ola biləcək, maraqlı, intellektual və eyni zamanda əyləncəli bir layihəyə - “Dünyanı dəyişən kəşflər” layihəsinə start verib: “Layihə çərçivəsində kitabxana əməkdaşları maraqlı, interraktiv və dinamik üslubda insan tərəfindən yaradılan və illərdir ki, bizə xidmət edən, gündəlik həyatımızın tərkib hissəsinə çevrilən, bir zamanlar “Kəşf” hesab edilən bu və ya digər vasitələr haqqında video materiallar hazırlayırlar. Bu video materiallar sanki, hər hansısa bir kəşf haqqında internetdə pərakəndə formada işıqlandırılan məlumatların yığcam, lakonik toplusudur. İndiyə kimi kitabxana əməkdaşları “İnternet”, “Telefon”, “WI-FI sistemi” və s. mövzularda olduqca maraqlı video çarxlar hazırlamışlar. Materiallarda sözügedən kəşflərə həm tarixi baxış, həm yaranma tarixi, keçdiyi təkamül yolu və müasir həyatdakı rolu haqqında məlumat verilir. Respublika Gənclər Kitabxanası yeni başladığı və sosial şəbəkə istifadəçiləri tərəfindən rəğbətlə qarşılanan bu layihəni gələcəkdə dı davam etmək və yeni-yeni materiallar hazırlamaq fikrindədir. Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasının “Dünyanı dəyişən kəşflər” adlı aksiyası çərçivəsində hazırlanmış video çarxların bir qisminə aşağıda qeyd olunmuş linklər vasitəsilə baxa bilərsiniz: