Magistraturaya qəbul olanların qeydiyyatı başlayıb

Elm
 11:15 12.07.2021     89

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmuş bakalavrlara müraciət edib.

Mərkəzdən Redaktor.az-a verilən xəbərə görə, ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslər iyulun 13-dən 22‑dək elektron qaydada portal.edu.az platformasında qeydiyyatdan keçə bilərlər.

“Ali təhsilin magistratura səviyyəsinə qəbul olmuş şəxslər elektron qaydada ali təhsil müəssisələrinə qeydiyyatdan keçməlidirlər. Bunun üçün https://portal.edu.az/ platformasında qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsili müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır. Qeydiyyat 2021-ci il iyulun 13-dən 22‑dək davam edəcəkdir.

2021/2022-ci tədris ili üçün Azərbaycan Milli Elmlər Akademiyasının magistraturasına qəbul olmuş bakalavrlar isə AMEA-da qeydiyyatdan keçməlidirlər. Qeydiyyat üçün aşağıdakı sənədlər tələb olunur:

- Bakalavrın təhsilini başa vurduğunu təsdiqləyən sənəd (diplom və ya arayış);

- Şəxsiyyəti təsdiq edən sənədin surəti – 2 nüsxə;

- Hərbi bilet və ya çağırış məntəqəsinə təhkim edilmə haqqında sənədin surəti – 2 nüsxə;

- 3x4 sm ölçüdə rəngli fotoşəkil – 4 ədəd;

- Ödənişli əsaslarla qəbul olunanlar üçün təhsil haqqının ödənilməsi haqqında qəbzin surəti – 2 nüsxə;

- Təhsil haqqından azad olmaq hüququna malik olanların müvafiq sənədlərinin (vəsiqələrinin) notarial təsdiqi.

Magistraturaya qəbul olmuş bakalavrların qeydiyyatı 2021-ci il iyul ayının 13-dən 22-dək (şənbə, bazar və bayram günləri istisna olmaqla) saat 10:00-dan 17:00-dək AMEA Rəyasət Heyəti aparatı Təhsil şöbəsinin Magistratura sektorunda aparılacaq.

Qeydiyyatdan keçməyən bakalavrlar qəbul olunanların siyahısından xaric ediləcəklər”, - deyə qeyd olunub.

Ünvan: Hüseyn Cavid pr., 115 (I mərtəbə, otaq 150)

Tel.: (+994 12) 539 20 35, (+994 12) 537 23 97.