BDU-nun dosenti vəfat edib

Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosenti Yaşar Əliş oğlu Məmmədli vəfat edib.
Redaktor.az-ın məlumatına görə, 64 yaşında dünyasını dəyişən Yaşar Məmmədov 1979-1985-ci illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb.
1990-cı ildən Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətə başlayıb.
2006-cı ildən BDU-nun Filologiya fakültəsinin Azərbaycan dilçiliyi kafedrasının dosentidir. //Report.az