Xalq şairi ilə bağlı silsilə materiallar hazırlanıb - Gənclər Kitabxanası

 18:16 12.08.2021     276

Öz dünyası, öz qələmi, öz üslubu olan bir şair kimi tanınmış, şəxsiyyəti ilə ehtiram qazanmış Xalq şairi Qabil bu gün yaşasaydı 95 illik ömür tarixini qeyd edəcəkdi.

Redaktor.az xəbər verir ki, müasir Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, Azərbaycan Dövlət mükafatları laureatı, əməkdar incəsənət xadimi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, xalq şairi Qabil ana dilimizin bədii imkanlarından məharətlə istifadə edərək, poeziyanın mövzu baxımından rəngarəng nümunələrini yaradıb.  Şairin 95 illik yubileyi münasibətilə Respublika Gənclər kitabxanası silsilə materiallar “Şeirin zirvəsində olan şair” adlı biblioqrafik vəsait, “Qabil 95” adlı video çarx və şairin şəkil və videolarından ibarət virtual foto sərgi hazırlayaraq sosial şəbəkələrdə izləyicilərə təqdim ediblər. 

“Şeirin zirvəsində olan şair” adlı biblioqrafik vəsait özündə şairin həyat və bədii fəaliyyəti haqqında geniş məlumati, yaradıcılıq nümunələrini, şairin müəllifi olduğu kitabların sıyahılarını cəmləyir. Burada hamçinin, şairin müasirlərinin onun haqqında söylədikləri dəyərli fikirlər, xalq şairinə həsr edilən kitablar və dövri mətbuat nümunələri də öz əksini tapmışdır. Biblioqrafik vəsait iki dildə Azərbaycan və rus dillərində tərtib edilib.

“Qabil 95” adlı video çarxda isə xalq şairinin bədii fəaliyyət yoluna xüsusi önəm verilmiş, şairin yaradıcılıq uğurları, orden və medallları, təltifləri haqqında məlumatlar paylaşılmışdır. Şairin müəllifi olduğu kitabların siyahısı və əsərləri haqqında məlumatlar da video çarxda yer alıb. Xalq şairi Qabilə həsr edilmiş virtual foto sərgidə isə şairin ümummilli lider Heydər Əliyev ilə görüşlərindən qısa fraqmentlər, müxtəlif illərdə lentə alınmış foto görüntüləri öz əksini tapmışdır. Sözügedən materialların hər biri kitabxananın sosial şəbəkələrinə yerləşdirilmib İztifadəçilər aşağıdakı linklərdən istifadə edə bilərlər.

https://ryl.az/files/sherin_zirvesinde_olan_shair.pdf

https://www.instagram.com/tv/CScjegPFeBR/