Vətən müharibəsi ilə bağlı virtual sərgisi yekunlaşıb

 20:24 16.08.2021     312

Öncədən də xəbər verdiyimiz kimi, Respublika Gənclər Kitabxanasının “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisi izləyicilərə təqdim edilib.

Redaktor.az xəbər verir ki,  “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisində 20-dən çox gənc, həvəskar rəssamların Vətən müharibəsi qəhrəmanlarına həsr etdikləri rəsm əsərləri onlayn rejimdə nümayiş olunub. Bu günlərdə virtual sərgidə öz işləri ilə çıxış edən həvəskar rəssamlar və tədbirin təşkilinə bilavasitə əmək sərf edən Respublika Gənclər Kitabxanasının uzun müddətdir ki əməkdaşlıq etdiyi, birlikdə bir sıra uğurlu layihələrə imza atdığı Azərbaycan Rəssamlar İttifaqının fəxri üzləri Elnurə və Aygün İsgəndərovlar diplom və sertifikatlarla təltif edilib. 

Diplomlar Respublika Gənclər Kitabxanasının direktoru tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev tərəfindən təqdim edilib. Diplomların təqdim edilməsi zamanı direktor Oruc Quliyev bu səpkili sərgilərin virtual formada olsa belə, təşkil edilməsi və keçirilməsi zəruriyyətini qeyd eləəyərək, bu işdə əməyi keçən Elnurə və Aygün İsgəndərovların zəhmətini xüsusi vurğulayaraq, onlara öz dərin minnətdarlığını bildirib.

Oruc müəllim kitabxananın gələcəkdə də, bu səpkili vətənpərvərlik aksiyalarını, sərgi və müsabiqələri təşkil edəcəyinə dair əminliyini dilə gətirmiş sonda, sərgi iştirakçılarına gələcək işlərində uğurlar arzulayıb. Diplomların təqdim edilməsindən sonra iştirakçılar Şəhidlər Xiyabanını ziyarət edib.  Respublika Gənclər Kitabxanasının “Zəfərə gedən yol” layihəsi çərçivəsində təşkil olunan “Vətən müharibəsi qəhrəmanları gənc rəssamların gözü ilə” virtual sərgisinə aşağıdakı link vasitəsilə baxmaq olar. 

https://www.instagram.com/p/CSGxLFvFvAF/