AzTU-nun qrant müsabiqəsinin qalibi müəyyənləşib

 21:38 16.08.2021     241

“SABAH Magistratura” proqramı çərçivəsində “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə Azərbaycan Texniki Universitetində (AzTU) ali təhsilin magistratura səviyyəsində tədrisin təşkili üçün universitetin keçirdiyi qrant layihəsi müsabiqəsinin qalibi Azərbaycan Respublikasının Təhsil İnstitutu (ARTİ) seçilib.

Universitetdən Redaktor.az-a bildirilib ki, ARTİ “SABAH Magistratura” proqramı çərçivəsində AzTU-nun “Logistika və nəqliyyat” ixtisaslaşması üzrə yeni məzmunun yaradılması və tətbiqi prosesini təşkil edəcək.