ADU-da əlavə təhsilə sənəd qəbulunun vaxtı uzadılıb - ELAN

 12:10 17.08.2021     307

2021/2022-ci tədris ilində təkrar ali təhsil və kadrların yenidən hazırlanması təhsilinə Azərbaycan Dillər Universitetində mövcud olan bütün ixtisaslar üzrə müsabiqə yolu ilə tələbə qəbulu elan edilir. 

Redaktor.az xəbər verir ki, tələb olunan sənədlər aşağıdakılardır: 

rektorun adına ərizə;
diplom (yaxud diploməvəzi arayış) və əlavəsinin (yaxud transkriptin) surəti;
şəxsiyyət vəsiqəsinin surəti;
3x4 sm ölçüdə 3 ədəd fotoşəkil;
sağlamlıq haqqında arayış.

Sənədlər 2021-ci il avqust ayının 25-dək (istirahət günlərindən başqa) saat 10:00-15:00-dək qəbul ediləcək.

Diqqət: Sənədləri təqdim etmək üçün (012) 564 22 48 nömrəsinə zəng edərək vaxt təyin edilməsi və gələrkən tibbi maskadan istifadə olunması vacibdir.

Ünvan: ADU-nun 3 saylı tədris binası

Bakı şəh., Nərimanov ray., Təbriz küç., 81, III mərtəbə, otaq 308

Tel.: (012) 564 22 48; (055) 302 88 57

Email: [email protected]

Sayt: www.adu.edu.az