Elektron qeydiyyat başlayıb - Təhsil Nazirliyi

 12:41 18.08.2021     284

Magistratura üzrə ikinci turda uğur qazanmış şəxslər üçün elektron qeydiyyat başlayır.

Redaktor.az xəbər verir ki, bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Bildirilib ki, 18 avqust saat 15:00-dan etibarən elektron qaydada təhsil müəssisələrinə qeydiyyata start verilir.

Müraciət üçün portalda qeydiyyatdan keçmək, yaradılmış kabinetə daxil olduqdan sonra təqdim edilən xidmətlər sırasında “Ali və orta ixtisas təhsil müəssisələrinə təhsilalan qeydiyyatı” xidmətini seçmək lazımdır.

Açılan səhifədə müvafiq qəbul xətti üzrə şəxsi məlumatların və qəbul məlumatlarının daxil edilməsi, sosial güzəşt üçün məlumatların təqdim edilməsi və təhsil haqqının icra edilməsi mümkün olur.

Qeyd edək ki, qeydiyyat prosesi 24 avqust 23:59-da yekunlaşacaq və bundan sonra müraciətin göndərilməsi mümkün olmayacaq.