Peşə təhsili müəssisələrinə tələbə qəbulu başa çatır

 10:25 20.08.2021     245

Avqustun 20-də peşə təhsili müəssisələrinə 2021-2022-ci tədris ili üzrə tələbə qəbulu başa çatır.

Təhsil Nazirliyindən Redaktor.az-a verilən məlumata görə, peşə təhsili almaq istəyən şəxslər portal.edu.az platforması vasitəsilə qeydiyyatdan keçməlidirlər. Qeydiyyat prosesi bu gün saat 18:00-dək davam edəcək.

Qeydiyyatdan keçmiş müraciətçilərin elektron ərizələrindəki məlumatların doğruluğu yoxlanıldıqdan sonra iştirakçının ixtisaslar üzrə seçimi sistem tərəfindən təsdiqlənir. Qəbul ərizəçinin attestatında göstərilən müvafiq fənlər üzrə qiymətlərinin orta balı əsasında həyata keçirilir. Tələbə qəbulu prosesində iştirak edən hər bir şəxsə maksimum 5 ixtisas üzrə seçim etmək imkanı yaradılır.

Müraciət edən şəxslərin nəticələri barədə məlumatın “Şəxsi kabinetim” bölümündə yerləşdirilməsi və “SMS” bildiriş vasitəsilə də təqdim edilməsi nəzərdə tutulur.