Tanınmış azərbaycanlı yazıçı-jurnalist vəfat edib

 13:10 22.08.2021     560

Azərbaycan Yazıçılar Birliyinin üzvü, yazıçı-jurnalist Saminə Hidayətqızı vəfat edib.

Bu barədə Redaktor.az-a Yazıçılar Birliyindən məlumat verilib.

Qeyd edək ki, Samina Hidayətqızı “Muğam qəsri”, “Yüz türk qadını”, “Xalılı dağlar”, “Turana mədəniyyət”, “Düşüncələr” kimi kitabların müəllifi idi.

Allah rəhmət eləsin!

Ordumuz mövqeləri müxtəlif istiqamətlərdə atəşə tutulub - SON DƏQİQƏ

 12:47 22.08.2021     903

Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən avqustun 21-i saat 23:40-dan etibarən avqustun 22-i saat 00:40-dək Ağdam rayonunun Muğanlı, Xocalı rayonunun Sığnax və Xocavənd rayonunun Tağavard yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri atıcı silahlardan fasilələrlə atəşə tutulub.

Müdafiə Nazirliyindən Redaktor.az-a bildirilib ki, cavab atəşilə qarşı tərəf susdurulub.
Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.