İranda “Azərbaycan dili lüğəti” çap olunub

 22:56 25.08.2021     313

İranda “Azərbaycan dili lüğəti” çap olunub.

Redaktor.az-ın xəbərinə görə, Əhəd Byutənin tərtib etdiyi lüğətin müqəddiməsini İranın Ali Rəhbərinin Ərdəbil əyaləti üzrə nümayəndəsi Seyid Həsən Amuli yazıb.

Müqəddimədə hər bir xalqın dilinin qorunmasının zəruriliyi vurğulanıb.

392 səhifəlik lüğət Ərdəbilin “Mühəqqiq” nəşriyyatı tərəfindən çap olunub. //APA