Azərbaycan Dövlət Pedaqoji Universiteti 100 yaşında - VİDEO

 13:45 26.08.2021     337

Bu gün Azərbaycan Dövlət Pedaqoji Universitetinin yarandığı gündən 100 il keçir.

Redaktor.az xəbər verir ki, bu barədə Təhsil Naziri Emin Əmrullayev paylaşım edib:

“Bu gün respublikamızın ilk müəllim hazırlığı həyata keçirən ali təhsil ocağının - Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 yaşı tamam olur. Prezident İlham Əliyev 21 aprel 2021-ci il tarixdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin 100 illik yubileyinin keçirilməsi ilə bağlı sərəncam imzalayıb. Fəaliyyətə başladığı zamandan etibarən elmi-pedaqoji kadr hazırlanması işini uğurla həyata keçirmiş universitet hazırda da müasir tədqiqatlara əsaslanaraq və innovativ təlim-tədris texnologiyalarından istifadə edərək yüksək mənəviyyata, vətəndaşlıq hislərinə malik Azərbaycan müəllimləri yetişdirir.

Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim və tələbə heyətini təbrik edir, onlara Azərbaycanda təhsilin inkişafı naminə görəcəyi bütün işlərdə uğurlar arzulayıram”.