AMEA-nın 75 illik yubileyi qeyd ediləcək

 14:11 17.07.2019     616

Gələn il AMEA-nın 75 illik yubileyi qeyd ediləcək.

Redaktor.az APA-ya istinadən xəbər verir ki, bunu AMEA-nın prezidenti, akademik Akif Əlizadə Rəyasət Heyətinin bu gün keçirilən iclasında "AMEA-nın 75 illik yubileyinə həsr olunmuş Tədbirlər planı"nın müzakirəsində deyib.

A. Əlizadə bildirib ki, 2020-ci ilin martın 27-də AMEA-nın yaradılmasının 75 ili tamam olacaq.

A. Əlizadə sənəddə nəzərdə tutulan işlərin həyata keçirilməsi üçün elmi, elmi-təşkilati və digər tədbirlər istiqamətində tapşırıqlar verib.

Sonda yubileyin yüksək səviyyədə keçirilməsi məqsədilə Rəyasət Heyətinə təkliflər verilib və plan təsdiq olunub.