Direktor vəzifəsinə işə qəbul üzrə qeydiyyat başa çatıb

Elm
 02:21 20.07.2019  53

Dövlət ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə elektron qeydiyyat başa çatıb.

Redaktor.az xəbər verir ki, qeydiyyat iyulun 13-də başlamışdı. 

Direktor vəzifəsinə qəbul mərkəzləşdirilmiş və elektron qaydada müsabiqə yolu ilə keçirilir. Müsabiqə dörd mərhələdən (elektron ərizələrin qəbulu, test imtahanı, müsahibə və vakant yerlərə yerləşdirilmə) ibarətdir.

Müsabiqədə pedaqoji və ya idarəetmə ixtisas sahələri üzrə ali təhsili, 5 ildən az olmayaraq (təhsilin təşkili və idarə olunması ixtisası üzrə elmi dərəcəsi və elmi adı olduqda 3 il) pedaqoji stajı olan və hazırda ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan şəxslər iştirak ediblər.