720 km hündürlükdən Yer kürəsinin ƏSRARƏNGİZ FOTOLARI çəkildi

 07:21 08.08.2019     557

"The Planetary Society"nin ötən ay uğurla orbitə göndərdiyi "LightSail 2" kosmik gəmisi 720 km hündürlükdən Yer kürəsinin əsrarəngiz fotolarını çəkib.

Redaktor.az xəbər verir ki, "foton yelkəni" texnologiyasını test edən kosmik gəmi kosmik səyahətlərin gələcəyi üçün böyük ümid vəd edir.

Gəmi sadəcə 5 kq ağırlığa malikdir və bir baton çörəyi boydadır. Lakin onun daşıdığı Günəş yelkənləri 32 metr genişliyindədir.

Qeyd edək ki, biznes məqsədi güdməyən "The Planetary Society" 10 ilə yaxındır ki, kosmik gəmilər üzərində işləyir. Qurum 2015-ci ildə "LightSail 1" adlı kosmik gəmisini kosmosa göndərmiş, lakin bəzi texniki səbəblər ucbatından testi tam olaraq gerçəkləşdirməmişdi. /milli.az/

2