Pulitser mükafatı almış yazıçı VƏFAT ETDİ

 10:45 03.12.2019     488

Amerika tarixçisi və yazıçısı Robert Messi vəfat edib.

Redaktor.az-ın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə yazıçının həyat yoldaşı Debora Karl bildirib.

Alsheymer xəstəsi olan 91 yaşlı yazıçı Nyu-Yorkdakı evində vəfat edib.

R. Messi ömrünün çox hissəsini Romanovlar nəslinin öyrənilməsinə həsr edib. Onun II Nikolay haqqında yazdığı kitab Hollivud tərəfindən ekranlaşdırılıb. 

R.Messi 1981-ci ildə Pulitser mükafatı ilə mükafatlandırılıb.//Apa.az