Nobel Sülh Mükafatı TƏQDİM EDİLİB

 18:15 10.12.2019     567

Bu gün Nobel Sülh Mükafatının təqdimat mərasimi keçirilib.

Redaktor.az-ın Nobel Komitəsinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, mərasim Norveçin paytaxtı Oslo şəhərində baş tutub.

2019-cu il Nobel Sülh Mükafatı Efiopiya Baş Naziri Abiy Əhməd Əliyə təqdim edilib.

Baş Nazir Efiopiya və Eritreya arasındakı müharibəni başa çatdırmaq üçün göstərdiyi səylərə görə bu mükafata layiq görülüb.//Apa.az