Tbilisidə gürcü tarixçinin İrəvan xanlığı haqda kitabının təqdimatı keçirilib

 14:53 13.12.2019     567

Tbilisidə Gürcüstan Milli Muzeyinin baş kuratoru, professor, tarixçi alim Eldar Nadiradzenin "İrəvan xanlığı: tarixi və mədəni profil" adlı kitabının təqdimat mərasimi keçirilib. 

Gürcüstan Milli Muzeyində keçirilən mərasimdə Gürcüstan Milli Elmlər Akademiyasının professor və akademikləri də daxil olmaqla, 100-ə yaxın elm xadimi iştirak edib.  

Eldar Nadiradze bildirib ki, Azərbaycan, ingilis və rus dillərində nəşr olunan kitabda İrəvan xanlığının tarixi, hökmdarları, İrəvan qalası uğrunda gedən döyüşlər, xanlığın Azərbaycan tarixindəki rolu barədə ətraflı məlumat əks olunub.

Kitabda İrəvan xanlığının tarixindən bəhs edən fotoşəkillər və rəsmlər də yer alıb. Habelə Gürcüstan Milli Muzeyində saxlanılan nadir eksponatların fotoşəkilləri də kitaba daxil edilib.//Apa.az